Avtomobil qaz xəttinə çırpıldı: 160 abonent qazsız qaldı

19:13 29.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb.

Hafta.az Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadla xəbər verir ki, hadisə  Şahbuz rayonunun Sələsuz kəndində qeydə alınıb.

Avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.